Azərbaycan milli komandalarının oyunları ləğv olundu

25 Aprel 2020 19:00 Voleybol 729
Azərbaycan milli komandalarının oyunları ləğv olundu

Sportinfo.az xəbər verir ki, Voleybol üzrə kişi və qadınlar arasında Avropa Liqasının oyunları ləğv olunub.

Bu barədə qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib.

Buna koronavirus pandemiyası səbəb olub. Qurum rəhbərliyi bu gün təşkil olunan videotoplantıda həm Qızıl, həm Gümüş liqalarda 2020-ci il mövsümünün oyunlarının keçirilməməsini məqsədəuyğun sayıb.

Mayın sonu və iyunda baş tutmalı olan turnirlərdə Azərbaycan milli komandaları da mübarizə aparmalı idi. Qadınlar Qızıl Liqada, kişilər Gümüş Liqada qüvvəsini sınayacaqdı. Lakin komandalarımız turnir ləğv olunduğu üçün heç bir matç keçirə bilməyəcəklər.

CEV 2021-ci ildə keçiriləcək Avropa çempionatına seçmə turnirini də müzakirə edib. Burada Azərbaycan qadın yığması final mərhələsinə vəsiqə qazanıbsa, kişilər seçmə oyunlar keçirməlidir.

Qurum koronavirusla bağlı ev və səfər matçlarının keçirilməsinin çətinliyini nəzərə alaraq, hər seçmə qrupun bir şəhərdə münasibətlərini aydınlaşdırmasını daha düzgün hesab edir.

Belə olarsa, gələn ilin yanvarına planlaşdırılan bu matçların meydan sahibləri sonradan müəyyənləşdiriləcək. Lakin bununla bağlı yekun qərar iyulun 1-də verilməlidir.

2020-ci ildə keçirilməli olan qızlardan ibarət U-19 və U-17, oğlanlardan ibarət U-20 və U-18-lər arasında Avropa çempionatlarının seçmə oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

Həmçinin CEV bu çempionatların final mərhələlərinin ev sahibləri danışıqlar aparıb, yarışı qəbul etmək iqtidarında olmasına aydınlıq gətirəcək, əks halda isə digər variantlar axtaracaq.

CEV avrokubokların, o cümlədən Çempionlar Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünü ləğvinə də qərar verib.

Mövsüm başa çatmasa da, avrokuboklarda çıxış edən komandalar gözlənilən mükafat fondunu 80 faizdən artığını alacaq. Həmçinin 2020/21 mövsümünün mükafat fondu təsdiqlənib və klublara qarşıdakı il üçün dəstək göstərilməsi qərara alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!