Azərbaycan yığması dünyanın 26-cı komandasıdır

5 Aprel 2020 23:50 Voleybol 670
Azərbaycan yığması dünyanın 26-cı komandasıdır

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması dünyanın 26-cı komandasıdır.

Hesabında 127 xal olan millimiz ötən reytinqlə müqayisədə irəliləyib. Bir addım irəliləyişə nail olan komandamız Meksikanı arxada qoyub. Şimali amerikalıları 1 xal qabaqlayan milli 25-ci olan Xorvatiyadan 4 xal geridədir.

Qadın komandaların siyahısında liderlər dəyişməz qalıb. Çin (391) 1-ci, ABŞ (382) 2-ci, Braziliya (328) 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR