Azərbaycan millisindən imtina edən Braziliya klubuna lazımdır

4 Aprel 2020 14:36 Voleybol 1 537
Azərbaycan millisindən imtina edən  Braziliya klubuna lazımdır

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Braziliyanın “Sesi” komandasında qalmalıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin “Locomotivaesportiva” nəşri oyunçuların çıxışlarını dəyərləndirərkən bildirib.

Yazıda Rəhimovanın 2019/2020 mövsümündəki çıxışı yüksək qiymətləndirilib. 30 yaşlı voleybolçunun cari mövsüm hər kəsdən çox xal topladığı və 22 qarşılaşmanın 12-də komandasına 20-dən çox xal qazandırdığı vurğulanıb.

Azərbaycan voleybolçusunun 2020/2021 mövsümündə də “Sesi”də qalmalı olduğu bildirilib.

Rəhimova 2020-ci ilin əvvəlində yığmadakı karyerasını başa vurub. Hazırda Braziliyada olan voleybolçu mövsümün əvvəlindən "Sesi"də çıxış edir. Bu ölkədəki çempionat koronavirusa görə dayandırılıb. "Sesi" çempionatı 43 xalla 4-cü bitirib və pley-offda "Osasko"ya rəqib olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada