Azərbaycanlı baş məşqçi klubdan istefa verdi - FOTO

28 Mart 2020 18:34 Voleybol 701
Azərbaycanlı baş məşqçi klubdan istefa verdi - FOTO

“Mənim gözəl “Cakarta” ailəm. İndoneziyanın ən gözəl azarkeşləri.

Bu, mənə gözəl insanlar, gözəl peşəkar mütəxəssislər, yüksək səviyyəli təşkilatçılarla tanış olmaq imkanı verən gözəl mövsüm idi”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər İndoneziyanın qadınlardan ibarət “Cakarta”nın sabiq baş məşqçisi Ziya Rəcəbova məxsusdur.

Asiya təmsilçisinin çalışdırıcısı kimi müntəzəm çempionatın qalibi olan mütəxəssis sosial şəbəkədəki paylaşımı vasitəsilə klubun tərəfdarları ilə vidalaşıb.

Rəcəbov koronavirus pandemiyası səbəbindən dayandırılan və baş tutmayan pley-off mərhələsi öncəsi ayrıldığı komandaya yenidən dönəcəyinə ümidvar olduğunu açıqlayıb:

“Bütün bunlar məni gözlədiyimdən daha çox heyrətləndirdi. Necə deyərlər, hadisələr təkrarlanır. Mən çox ümid edirəm ki, yenidən ailəmə çevrilən insanlara, Vətənimdən uzaqda da özümü evimdə kimi hiss etdirənlərə və heç bir məqam hiss etməyə imkan verməyənlərə qayıdacağam.

İkinci evim olan gözəl İndoneziyadakı Kedə çoxsaylı müsbət, təbəssüm dolu simalar, dəstək və böyük qələbələr görürdüm. Biz mövsümün sonuna çatdıq və super-əziz qrupla cari çempionatda qalib gəlib, qısa pley-off mərhələsində azarkeşlərimizi təəccübləndirməyə hazır olub,

işimizin təxminən 90 faizini yerinə yetirdik. Bütün “Cakarta”nın təşkilatçılarına, personala, rəhbərliyə, yüksək səviyyədə özünəinamla mübarizə apara biləcək sevimli oyunçularıma təşəkkür edirəm. “Cakarta” - çempion. Sizi tezliklə görəcəyimə ümid edirəm. Həmişə ürəyimdə qalacaqsınız”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"