Azərbaycan çempionatı: Təxirə salınan oyunların vaxtı

12 Mart 2020 00:14 Voleybol 621
Azərbaycan çempionatı: Təxirə salınan oyunların vaxtı

Kişi voleybolçular arasında koronavirus səbəbindən dayandırılan Azərbaycan Yüksək Liqa və I Liqa yarışları davam etdiriləcək.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına istinadən xəbər verir ki, təxirə salınan qarşılaşmalar martın 13-dən oynanılmağa başlanılacaq.

Lakin əvvəlki turlardan fərqli olaraq, qarşılaşmalar azarkeşsiz təşkil olunacaq. AVF-in digər qərarına əsasən, qadın voleybolçular arasında Super Liqa, həmçinin I Liqanın oyunları martın 27-də bərpa olunacaq.

Yüksək Liqa, kişilər

13 mart

15:00. MOİK – “Neftçi”

Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi

17 mart

15:00. “Neftçi” – “Xilasedici”

Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Exspress”

Dərnəgül Voleybol Mərkəzi

18 mart

16:00. “Azərreyl” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi

27 mart

14:00. “Murov” – “Xilasedici”

Dərnəgül Voleybol Mərkəzi

16:00. “Neftçi” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi

Koronavirus xəstəliyinə yoluxma hallarının artmasının qarşısının alınması səbəbindən martın 4-10-da keçirilməli olan bütün matçlar təxirə salınıb.

Xəbər Lenti