İndoneziya klubu Azərbaycanın dərdinə şərik çıxdı

26 Fevral 2020 23:20 Voleybol 645
İndoneziya klubu Azərbaycanın dərdinə şərik çıxdı

İndoneziyanın qadınlardan ibarət “Cakarta” voleybol klubu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

Sportinfo.az xəbər verir ki, klub bununla bağlı kollektiv şəkil çəkdirərək, sosial şəbəkə vasitəsilə paylaşıb.

Baş məşqçisi Ziya Rəcəbov olan, milli komandamızın sabiq oyunçuları Natalya Məmmədova və Odina Əliyevanın formasını geyindiyi “Cakarta”nın üzvləri əllərində Azərbaycan və İndoneziya bayraqları, üzərlərində isə ingiliscə “Xocalıya ədalət” yazılan forma ilə dəstək nümayiş etdiriblər.

Armənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Digər Xəbərlər
Xəbər Lenti