"Şükürlər olsun ki, istəyimi həyata keçirə bildim"

14 Fevral 2020 23:50 Voleybol 683
"Şükürlər olsun ki, istəyimi həyata keçirə bildim"

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində ölkə kubokunu qazanıb.

Sportinfo.az xəbər verir ki, onun formasını geyindiyi komanda finalda “Nyireqiaza”nı 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı məğlub edib.

Yığmamızın kapitanı Ayşən Abduləzimova bununla bağlı fikirlərini bölüşüb: “Mövsüm mənim və komandam üçün çox ağır keçir.

Oyunlarımızın sayı çoxdu. Ölkə çempionatı ilə bərabər Çempionlar Liqası (artıq bitib) və kubok oyunlarında da çıxış edirdik.

Dünənki qarşılaşma mövsümdə 31-ci matçımız idi. Ötən il biz ölkə kubokunda üçüncü yerin sahibi olmuşduq. “Vaşaş”la bu mövsüm üçün müqavilə imzalayarkən özümə söz vermişdim ki, bu il kuboku qazanacam.

Şükürlər olsun ki, istəyimi həyata keçirə bildim. Dünənki final görüşü bəlkə də karyeramın ən yaxşı oyunu oldu. Hazırda çempionat davam edir. Turnir cədvəlinin üçüncü pilləsindəyik. Məqsədimiz isə çempion olmaqdı”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı