Azərbaycan çempionatı bölgəyə köçürüldü – İLK DƏFƏ

14 Fevral 2020 10:24 Voleybol 1 664
Azərbaycan çempionatı bölgəyə köçürüldü – İLK DƏFƏ

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunlarının başlama günü və keçirilmə yeri dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, fevralın 15-də və 16-da təşkil olunacaq görüşlər ilk dəfə paytaxtdan kənarda baş tutacaq.

Qərara əsasən, mövsümdə ilk dəfə matçlar Qubada olacaq. Bununla da bölgələrdə voleybolun inkişafına təkan verəcək təbliğata start verilir.

Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdi. Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır.

Qubada qarşılaşmalara Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzi ev sahibliyi edəcək. Fevralın 15-də də günə məhz UNEC-in oyunu ilə start veriləcək. Onlar “Azərreyl”i sınağa çəkəcəklər. Ardınca “Murov”la “Abşeron” üz-üzə gələcək.

Ertəsi gün “Abşeron” UNEC-lə, “Azərreyl” “Murov”la qarşılaşacaq. Görüşlər saat 16:00-da və 18:00-da start götürəcək.

15 fevral

16:00. UNEC – “Azərreyl”

18:00. “Murov” – “Abşeron”

16 fevral

16:00. “Abşeron” - UNEC

18:00. “Azerreyl” – “Murov”

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da