Millimizin kapitanı indi nəyə təəssüflənir?

12 Yanvar 2020 21:35 Voleybol 827
Millimizin kapitanı indi nəyə təəssüflənir?

“Bizimlə olduğunuz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovaya məxsusdur.

Yığmamızın 27 yaşlı kapitanı Niderlandın Apeldorn şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirindəki çıxışlarından danışıb.

O bildirib ki, komandası bu dəfə uğur qazana bilməsə də, növbəti yarışlarda etimadı doğrultmağa çalışacaqlar: “Yanvarın 7-də start götürən Avropa Olimpiya Təsnifat Turniri bizim üçün sona çatdı.

Hər bir voleybolçunun Olimpidaya qatılmaq kimi möhtəşəm arzusu var. Mən və komandamız da Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil etmək istəyirdik.

Təəssüflər olsun ki, bu dəfə nəsib olmadı. Növbəti Olimpiadada Azərbaycanın voleybol idman növündə də təmsil olunacağına ümid edirəm. Biz bu dəfə gedə bilməsək də, Yaponiya paytaxtına yollanacaq milli üzvlərinə uğurlar arzulayıram”.

Niderlandda A qrupunda yer alan milli komanda ev sahibləri ilə yanaşı, Polşa və Bolqarıstana da uduzaraq yarışla vaxtından əvvəl vidalaşıb.

Xəbər Lenti