Millimiz Niderland məğlubiyyətini unutdura biləcək?

9 Yanvar 2020 12:15 Voleybol 581
Millimiz Niderland məğlubiyyətini unutdura biləcək?

Qadınlardan ibarət voleybol millimiz bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ikinci oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, A qrupunda mübarizə aparan Vasif Talıbovun kollektivi ilk iki turda Polşa və Niderlanda məğlub olan (1:3, 0:3) Bolqarıstanla qarşılaşacaq. Bu, rəqibin qrupda son oyunu olacaq.

Yanvarın 7-də Niderlanda 0:3 hesabı ilə uduzan yığmamız bolqarlara qalib gəlməklə həm ilk turdakı yenilgini unutdura, həm də yarımfinala vəsiqə iddiasını ortaya qoya bilər.

Qrupun digər görüşündə Niderland Polşadan üstün olsa, 1/2 finala qrup lideri kimi çıxacaq.

Avropa Olimpiya Təsnifat Turniri

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan

Apeldorn (Niderland), "Omnisport" salonu.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!