"Kobud səhvlərə yol verdik" - Yığmamızın kapitanından etiraf

8 Yanvar 2020 16:00 Voleybol 822
"Kobud səhvlərə yol verdik" - Yığmamızın kapitanından etiraf

“Niderlandı məğlub etməyə hazır idik. Hazırlığımızı da buna uyğun görmüşdük".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

Kapitan Apeldorn şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin ilk görüşündə Niderlanda 0:3 hesablı məğlubiyyəti şərh edib.

O, kobud səhvlərin həlledici rol oynadığını bildirib: "Qələbə qazana bilərdik. Ancaq kobud səhvlərə yol verdik. Bu da məğlubiyyətə səbəb oldu. Qarşıda hələ iki oyunumuz var. Ümid edirəm ki, həmin görüşlərdə qələbə qazanacağıq”.

Azərbaycan millisi növbəti iki oyununda Bolqarıstan və Polşa ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti