Türkiyə klubu yığmamızın üzvünü aldı

8 Yanvar 2020 22:40 Voleybol 863
Türkiyə klubu yığmamızın üzvünü aldı

Voleybol üzrə Azərbaycan yığmasının üzvü Katerina Jidkovanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl “Nilufer Bələdiyyəspor”dan ayrılan voleybolçumuz elə Türkiyədə qalmağa qərar verib.

O, bundan sonra “Sarıyer Belediyespor”un uğurları üçün çalışacaq. Jidkova mövsümün əvvəlində Rumıniyanın “Voley Alba-Blaj” klubundan “Nilufer Bələdiyyəspor”a transfer olunmuşdu.

Amma voleybolçumuz qışda bu klubdan qarşılıqlı razılıq əsasında ayrılıb. Ukrayna əsilli 29 yaşlı voleybolçu daha öncə “Lokomotiv” (Bakı), “Azəryol” və “Azərreyl” klublarında da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!