"Yığmamızın baş məşqçisi gileyləndi: "Vaxtımız çox olmadı"

7 Yanvar 2020 19:33 Voleybol 804
"Yığmamızın baş məşqçisi gileyləndi: "Vaxtımız çox olmadı"

"Turnirə hazırlaşmaq üçün vaxtımız çox olmadı".

Bunu Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Vasif Talıbov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri barədə danışarkən deyib.

Gənc mütəxəssis bu gün qarşılaşacaqları Niderland ilə görüşdə komandasının ən yaxşı oyununu göstərməyə çalışacağını bildirib:

"Bir neçə oyunçumuz ölkə xaricində çıxış edir. Məsələn, Polina Rəhimova Braziliyada oynayır. Bu mənada hazırlıq üçün vaxtımız az oldu. Amma Niderlanda qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti