Millimiz Niderlanda qarşı

7 Yanvar 2020 11:15 Voleybol 958
Millimiz Niderlanda qarşı

Bu axşam qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turniri başlayacaq.

Sportinfo.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil etməyə namizəd 8 ölkədən biri sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan yığması da mübarizə aparacaq. Mübarizəyə yenilənmiş heyətlə qoşulacaq millimiz tarixində ilk dəfə olimpiadada iştirak etmək arzusundadır.

A qrupunda yarışacaq yeni baş məşqçi Vasif Talıbovun komandası ilk oyununu meydan sahibi Niderlanda qarşı keçirəcək.

A qrupu, I tur

7 yanvar

22:30. Azərbaycan - Niderland

Apeldorn (Niderland), "Omnisport" salonu.

Azərbaycan millisinin heyəti: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.

Digər Xəbərlər
Xəbər Lenti