Azərbaycan millisində yeni...

7 Yanvar 2020 12:30 Voleybol 1 297
Azərbaycan millisində yeni...

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni kapitanın adı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, bu, Macarıstanın “Vaşaş” klubundan yığmaya dəvət alan Ayşən Abduləzimovadır.

Əsas kapitan Odina Əliyeva Avropa Olimpiya Təsnifat Turnirinə aparılmadığından komandamızın baş məşqçisi Vasif Talıbov sarğını 27 yaşlı blokçuya həvalə edib.

Abduləzimova Niderlandın Apeldorun şəhərinin “Omnisport” Sarayında keçiriləcək matçlarda yığmada söz sahibi olacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış yanvarın 7-12-də baş tutacaq. Azərbaycan millisi ev sahibləri ilə yanaşı, Polşa və Bolqarıstanla birgə A qrupunda yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!