"Azərbaycan millisi möhtəşəm çıxış edəcək”

6 Yanvar 2020 22:50 Voleybol 2 195
"Azərbaycan millisi möhtəşəm çıxış edəcək”

“Mövsümün əvvəlində Braziliyada keçirilən Olimpiya Təsnifat Turnirində mübarizə apardıq”.

Sportinfo.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova deyib.

Hollandiyada təşkil olunacaq turnirin oyunları yanvarın 7-12-də keçiriləcək. O, sabah start götürəcək Avropa Olimpiya Təsnifat Turniri ərəfəsində fikirlərini açıqlayıb.

Milliləşən legioner yığmamızın bu il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq şansını dəyərləndirib:

"Braziliyadakı turnirdə biz gözlədiyimiz səviyyədə çıxış edə bilmədik. Hərçənd biz daha yaxşı oyun göztərəcəyimizi gözləyirdik.

Lakin Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha bir şansımız var. Bilirik ki, rəqiblərimiz çox güclüdür. İnanıram ki, bütün komandamız sadəcə möhtəşəm çıxış edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada