Yığmamız Türkiyədə daha bir heç-heçəyə razılaşdı

31 Dekabr 2019 10:00 Voleybol 1 025
Yığmamız Türkiyədə daha bir heç-heçəyə razılaşdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan voleybolçularımız növbəti yoldaşlıq oyunu keçiriblər.

Vasif Talıbovun rəhbərlik etdiyi yığmamız qonşu ölkənin “Türk Hava Yolları" klubu ilə üz-üzə gəlib. Rəsmi oyunlardan fərqli olaraq, bu hazırlıq matçında tərəflər sülhə razılaşıblar.

4 set davam edən matçda tərəflər hərəyə iki hissədə fərqləniblər. Yığmamız ilk sınaq matçında “Fənərbaxça” klubu ilə də oxşar heç-heçəyə razılaşmışdı.

THY - Azərbaycan 2:2 (21:25, 17:25, 25:20, 25:15)

Xəbər Lenti