Azərbaycan millisi "Fənərbaxça” ilə qarşılaşacaq

28 Dekabr 2019 23:20 Voleybol 1 573
Azərbaycan millisi "Fənərbaxça” ilə qarşılaşacaq

2020-ci il Tokio Yay Olimpiya Oyunlaına lisenziya xarakterli Avropa Təsnifat Turnirinə hazırlığı davam etdirən Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yığma bu gün hazırlığın növbəti mərhələsi üçün Türkiyəyə yola düşüb.

Vasif Talıbovun baş məşqçi olduğu komanda qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Rəqiblər “Fənərbaxça” və “Türk Hava Yolları” olacaq. Bundan sonra milli üzvləri Polşa toplanışı çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.

Avropa Olimpiya Təsnifat Turniri 7 - 22 yanvarda Hollandiyanın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq.

Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək. Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Tokio olimpiadasına lisenziya qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!