Bakıda başlayıb, Polşada bitəcək - millimizin toplanışı

25 Dekabr 2019 15:58 Voleybol 614
Bakıda başlayıb, Polşada bitəcək - millimizin toplanışı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Sportinfo.az xəbər verir ki, yığmamız Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa dekabr ayının 24-də Voleybol Mərkəzində başlayıb.

Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Voleybolçularımız ardınca Türkiyə və Polşada təlim-məşq toplanışında olacaqlar. Komandamız hazırlığın gedişində bir neçə yoxlama matçında qüvvəsini sınamağı da planlaşdırır.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində olacaq. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.

Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.

07.01.2020

19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya

08.01.2020

22:30. Bolqarıstan – Hollandiya

09.01.2020

19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa

10.01.2020
23:00. Polşa – Azərbaycan

07.01.2020
16:00. Almaniya – Türkiyə

08.01.2020
16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika - Almaniya

09.01.2020
16:00. Belçika - Xorvatiya

10.01.2020
16:30. Almaniya - Xorvatiya
19:30 Türkiyə - Belçika

Xəbər Lenti