Azərbaycan I liqasında 8 klub mübarizə aparacaq

23 Dekabr 2019 09:42 Voleybol 782
Azərbaycan I liqasında 8 klub mübarizə aparacaq

Kişi voleybolçular arasında Azərbaycan I liqa yarışlarına start verilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun zalında keçiriləcək birincilikdə 8 klub mübarizə aparacaq.

“Azəri”, “Ağsu-Siti”, “Əlincə”, “Veteran 44”, “Memarlıq və İnşaat Universiteti”, “Tibb Universiteti, TALEH – A.T” və “Araz 2011” mövsümün sonunda ən güclünü müəyyənləşdirəcəklər.

I liqanın açılış matçı bu gün baş tutub. Həmin görüşdə “Azəri” “Ağsu Siti”ni sınağa çəkib. Qarşılaşma əyalət komandasının qələbəsi ilə başa çatıb. Ardınca “Əlincə” və “Veteran 44” üz-üzə gəlib. Matçda birincilər 3 xala seviniblər.

“Memarlıq və İnşaat Universiteti”nin “Tibb Universiteti”nə tay-brekdə qalib gəldiyi gündə “Taleh-A.T” “Araz 2011”i "quru hesabla" məğlub edib. I liqa yarışları 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.

“Azəri” – “Ağsu Siti” – 1:3 (26:28, 25:20, 11:25, 17:25)

“Əlincə” – “Veteran” - 3:1 (25:19, 25:17, 17:25, 25:19)

“Memarlıq və İnşaat Universiteti” – “Tibb Universiteti” – 3:2 (25:23, 12:25, 16:25, 25:22, 22:20)

“Taleh-A.T” – “Araz 2011” – 3:0 (25:23, 25:18, 25:18)

Xəbər Lenti