Azərbaycanlı məşqçi İndoneziya klubunda - RƏSMİ

18 Dekabr 2019 14:32 Voleybol 1 393
Azərbaycanlı məşqçi İndoneziya klubunda - RƏSMİ

Bakının qadınlardan ibarət “Lokomotiv”, “Rabitə”, “Telekom”, “Azəryol” və Azərbaycanın kişilərdən ibarət yığmasında məşqçi kimi çalışmış Ziya Rəcəbov karyerasını ölkə xaricində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı gənc mütəxəssis İndoneziyanın “Jakarta” klubu ilə anlaşıb. Rəcəbov Asiya klubu ilə 2019/2020 mövsümü üçün müqavilə imzalayıb. O, “Jakarta” klubunda işinə dekabrda başlasa da, komanda çempionatda ilk matçına yanvar ayında çıxacaq. Bu da İndoneziyada mövsümün ilin əvvəlində start götürməsi ilə bağlıdır.

Xatırladaq ki, “Lokomotiv” klubunun adı dəyişdirilib və “Murov” adı altında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!