Azərbaycanlı hakim "Dinamo"nun oyununda

16 Dekabr 2019 13:40 Voleybol 1 527
Azərbaycanlı hakim "Dinamo"nun oyununda

Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz bu dəfə qadın voleybolçular arasında keçirilən CEV kubokunun 1/16 final mərhələsində iş başında olacaq. O, “Dinamo” (Kazan, Rusiya) ilə “Potsdam” (Almaniya) arasında cavab görüşündə ikinci hakim funksiyasını yerinə yetirəcək. Dekabrın 18-də Kazanda baş tutacaq oyunda əsas referi isə türkiyəli Bülənt Bozkurt olacaq.

Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında rusiyalılar 3:2 hesabı ilə qalib gəliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!