"Neftçi" çempionata Dərnəgüldə başlayacaq

12 Dekabr 2019 16:25 Voleybol 881
"Neftçi" çempionata Dərnəgüldə başlayacaq

Voleybol üzrə Azərbaycan çempionatı dekabrın 14-də Dərnəgüldəki Voleybol Mərkəzində start götürəcək.

Sportinfo.az xəbər verir ki, əvvəlcə qadınların yarışdığı Superliqada "Azərreyl" - "Abşeron" üz-üzə gələcək.

Daha sonra açılış mərasimi başlayacaq. Açılışın ardından kişilərin yarışında “Lokomotiv”lə “Neftçi” münasibətlərini aydınlaşdıracaq.

Azərbaycan Superliqasında "Azərreyl" və "Abşeron"dan əlavə, "Lokomotiv", "Mübariz", UNEC və Gürcüstan komandaları mübarizə aparacaq. Kişilər arasında Yüksək Liqada isə "Lokomotiv" və "Neftçi"dən əlavə, "Azərreyl", MOİK, "Xilasedici", "Sərhədçi" və Gürcüstan çıxış edəcək. Çempionat 2 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.

Xəbər Lenti