"Bir neçə aydır mikrobları yığışdırırıq" - I vitse-prezident

12 Dekabr 2019 09:23 Voleybol 770
"Bir neçə aydır mikrobları yığışdırırıq" - I vitse-prezident

"Bir neçə aydır voleyboldakı mikrobları yığışdırırıq" - Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının İ vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, hazırda heç bir əməkdaşa borc qalmayıb. Qarayev Ziya Rəcəbova İndoneziyada işləməsi üçün icazə verdiyini, digər yerli mütəxəssislərin Azərbaycan komandalarında çalışacaqlarını söyləyib.

Federasiya rəsmisi klublara 3-4 legioner gətirməyə icazə verdiklərini diqqətə çatdırıb. Qarayev legionerləri mənsub olduqları ölkənin milli federasiyalarının icazəsi olmadan milliləşdirməyəcəklərini söyləyib:

"Üstəlik, həmin oyunçular öz istəkləri ilə Azərbaycan millisini seçməli, bu ölkəyə bağlanmalıdırlar. Klublarımız Cənubi Azərbaycandan kişi voleybolçular gətirmək istəyirlər. Mən isə İran Voleybol Federasiyası ilə razılaşdırdıqdan sonra onları gətirməyin mümkünlüyünü söyləmişəm".

Klubların federasiya tərəfindən ayrılmış 20-30 min manat büdcə ilə çempionata başlayacaqlarını deyən Qarayev məşqçilər arasında da sağlam rəqabətin başladığını diqqətə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti