Azərbaycan millisinin üzvü deportasiya edilə bilər

11 Dekabr 2019 16:07 Voleybol 1 202
Azərbaycan millisinin üzvü deportasiya edilə bilər

Polşanın “Radomka” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Marqarita Əzizova işçi vizası ilə bağlı problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev bildirib. Onun sözlərinə görə, bu səbəbdən 26 yaşlı idmançını Polşadan deportasiya etmək istəyirlər.

AVF məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə və Polşa Voleybol Federasiyasına məktubla müraciət edib. Ötən mövsüm Polşadan “Pila”nın formasını geyinən Əzizova bu yay “Radomka”ya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!