Azərbaycan çempionatının başlama tarixi bilindi

11 Dekabr 2019 12:21 Voleybol 608
Azərbaycan çempionatının başlama tarixi bilindi

Voleybol üzrə kişi və qadın komandalar arasında keçiriləcək Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib. Sportinfo.az xəbər verir ki, birinciliyə dekabrın 14-də start veriləcək.

Kişilərin çempionatında 7 klub mübarizə aparacaq. Bunlar "Lokomotiv", "Neftçi", MOİK, "Sərhədçi", "Hilasnici", "Azərreyl" və Gürcüstan yığmasıdı. Qadınların çempionatında isə klub - "Lokomotiv", "Abşeron", "Mübariz", "Azərreyl", UNEC və Gürcüstan yığması yarışacaq.

Oyunlar 5 arenada - Hövsan Olimpiya Kompleksi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, "Lokomotiv", AVF, FHN-in idman zalında keçiriləcək. Çempionat 2 dövrəlik dairəvi sistemlə keçiriləcək. Final mərhələsi Bakı İdman Sarayında təşkil olunacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!