Azərbaycanın Beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Çempionlar Liqasının matçına təyinat alıb.
Sportinfo.az xəbər verir ki, həmyerlimiz kişi voleybolçular arasında “Verva ” (Polşa) - "Tur" (Fransa) komandalarının oyununda ikinci hakim olacaq.
Varşavanın "Ursinov Arena"sında baş tutacaq görüşdə əsas referi funksiyasını isə Andrey Zenoviç yerinə yetirəcək. Qarşılaşma dekabrın 4-də olacaq.