Azərbaycanda komanda bərpa olundu, xarici baş məşqçi gətirildi

31 Avqust 2023 02:30 Voleybol 1 709
Azərbaycanda komanda bərpa olundu, xarici baş məşqçi gətirildi

“Azərreyl” müəyyən fasilədən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, komandanın çempionatda inamlı çıxışı üçün artıq formalaşmasına start verilib.

Əsasən gənclərdən qurulacaq “Azərreyl”in inkişafı üçün kluba təcrübəli mütəxəssis cəlb olunub. Komandada baş məşqçi postu Boris Qrebennikova həvalə edilib.

Qazaxıstan və Fransa vətəndaşlığı olan çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.

Onun qarşısına əsas hədəf kimi “Azərreyl” yüksəklərə daşımaq və Azərbaycan milli komandasına yeni adlar qazandırmaq tapşırığı qoyulub.

Boris Qrebennikov, eyni zamanda Qazaxıstan yığmasında da baş məşqçi kimi işini davam etdirəcək.

65 yaşlı mütəxəssis Bakı təmsilçisinə gəlincə, müxtəlif ölkələrdə işləyib. O, Fransanın kişilərdən ibarət “Renn” klubunda oynayan məşqçi, daha sonra baş məşqçi kimi çalışıb.

Bu komandaya ölkə kubokunu qazandırıb. Mütəxəssis ardınca Rusiyada “Qazprom-Yuqra” və “Ural” kimi böyük komandaların “sükanı arxasında” olub.

Tunisdə “Etual du Sahel”də də işləyən çalışdırıcı burada ölkə çempionatını və Superkubokunu qazanıb.

“Azərreyl”in qadınlardan ibarət komandası Cengiz Akarçeşmeyə həvalə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada