Federasiya millimizə yeni baş məşqçi axtarır

6 Noyabr 2019 16:08 Voleybol 1 000
Federasiya millimizə yeni baş məşqçi axtarır

2019-cu ilin mayında qadınlardan ibarət voleybol milli komandamıza baş məşqçisi təyin edilmiş Covanni Kaprara ilə bağlanan müqavilə sentyabr ayında - Avropa Çempionatının qrup mərhələsi oyunlarından sonra sonra başa çatıb.

İtalyan mütəxəssislə voleybolçularımız Qızıl Avropa Liqası, 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turniri və Avropa çempionatında mübarizə aparıb, uğursuzluğa düçar olublar.

Sportinfo.az xəbər verir ki, federasiya rəhbərliyi yığmamıza yeni çalışdırıcı axtarışlarını davam etdirir.

Yanvar ayında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək millimizin baş məşqçisinin kim olacağı hələlik məlum deyil. Amma tanınmış mütəxəssis Faiq Qarayevin yenidən baş məşqçi postuna dönmək ehtimalı daha yüksəkdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada