Millimiz Hollandiyada mübarizə aparacaq

1 Noyabr 2019 19:48 Voleybol 546
Millimiz Hollandiyada mübarizə aparacaq

Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib. Sportinfo.az xəbər verir ki, qadın voleybolçulardan ibarət milli komandamız oyunlarını Hollandiyanın Apeldorn şəhərində keçirəcək.

Turnir yanvarın 7-dən 12-ə kimi olacaq. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə son qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşa komandaları ilə mübarizə aparacaq.

B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi Olimpiadaya vəsiqə qazanacaq.

Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

Azərbaycan millisinin oyunlarının təqvimi.
Qrup A
07.01.2020
19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya
08.01.2020
22:30. Bolqarıstan – Hollandiya
09.01.2020
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10.01.2020
23:00. Polşa – Azərbaycan

Final mərhələsi
11.01.2020
20:15 A1 - B2
23:45. B1 - A2
12.01.2020
20:30. Final

Xəbər Lenti