COP29

"Hədəfimiz çempionluqdur"

19 Aprel 09:00 Voleybol 1 264
"Hədəfimiz çempionluqdur"

"Hədəfimiz çempionluqdur".

Sportinfo.az xəbər verir ki, bunu “Azərreyl”in kapitanı Aynur İmanova “Gəncə”yə 2:3 hesabı ilə məğlub olduqları voleybol üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin cavab oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

35 yaşlı voleybolçu uduzmaqlarına baxmayaraq, ilk qarşılaşmadakı 3:0 hesablı qələbə sayəsində finala yüksəldiklərini bildirib.

A.İmanova məğlubiyyəti heyətdə edilən dəyişikliklərlə əlaqələndirib:

“Hər iki komanda əzmkarlıq göstərdi. İlk iki seti üstün tamamladıqdan sonra finala yüksəldiyimizi bilirdik.

Sonradan baş məşqçi gənc oyunçulara şans verdi. Təcrübə qazanmaları üçün vacib idi.

Məğlub olsaq da, finala adladıq. Artıq bütün diqqətimiz final qarşılaşmasına yönələcək”.

Xəbər Lenti