
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, ev sahibliyi etdiyi C qrupunda yer alan komandamızın ilk rəqibi Çexiya kollektivi olub.
Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən görüşdə qələbə qazanıb - 3:0.
Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.
Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
C qrupu
Azərbaycan - Çexiya - 3:0 (25:21, 25:10, 25:15)