"Şamaxı"lılar "Sumqayıt"dan gələn son MƏLUMATA SEVİNİR

14 Aprel 2023 23:20 Voleybol 1 468
"Şamaxı"lılar "Sumqayıt"dan gələn son MƏLUMATA SEVİNİR

Premyer Liqada 30-cu turun prinsipial qarşılaşmalarından biri Şamaxıda baş tutacaq.

Elitada qalmaq uğrunda mübarizə aparan şamaxılılar turnir cədvəlində özündən bir pillə öndə olan “Sumqayıt”ı qəbul edəcək.

“Kimyaçılar” oyuna ciddi itkilərlə çıxacaq.

Belə ki, komandanın iki vacib fiquru – Vuqar Mustafayevlə Vüsal İsgəndərli meydana çıxa bilməyəcək. Buna səbəb hər iki oyunçunun vərəqə cəzalısı olmasıdır.

Aprelin 16-da keçiriləcək “Şamaxı” – “Sumqayıt” oyunu saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"