Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək

8 Noyabr 2024 03:30 Voleybol 854
Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək

Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, noyabrın 20-23-də Polşada keçiriləcək çempionatda ev sahibləri ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva və Estoniya mübarizə aparacaq.

B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.

Yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq