Azərbaycanın qadınlardan ibarət voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Azərbaycan millisinin yekun heyəti:
Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova
Blokçular: Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova.
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Baş məşqçi: Faiq Qarayev
Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov
2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
