Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər KİMLƏRDİR?

07:10 Voleybol 80
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər KİMLƏRDİR?

Avropa Voleybol Konfederasiyası (CEV) avqustun 21-28-i aralığında Bakıda keçiriləcək qadınlar arasında Avropa çempionatının oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Hakimlər briqadası 7 ölkəni təmsil edən beynəlxalq dərəcəli hakimlərdən ibarətdir:

Qoren Roy (İsrail) – Baş hakim (hakimlərin fəaliyyətini qiymətləndirəcək)

Vladimir Çvetkoviç (Serbiya) – Challenge (Çelenc) hakimi

Erdal Akıncı (Türkiyə) – Hakim

Helena Persson (İsveç) – Hakim

Mikele Brunelli (İtaliya) – Hakim

Bartlomey Adamçık (Polşa) – Hakim

Dominik Bieqaylo (Böyük Britaniya) – Hakim

CEV-in qaydalarına əsasən, çempionata ev sahibliyi edən ölkənin hakimləri turnirin oyunlarına təyinat almırlar.

Bu səbəbdən Azərbaycan hakimləri Bakıda keçiriləcək C qrupu qarşılaşmalarını idarə etməyəcəklər.

C qrupunun bütün oyunlarında Challenge (Çelenc) sistemi tətbiq olunacaq. Bu səbəbdən yan xətt hakimlərindən istifadə edilməyəcək.

Avropa çempionatında yan xətt hakimləri sonuncu dəfə 2019-cu ildə fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!