Avropa Voleybol Konfederasiyasının prezidentinin Bakıya səfəri gözlənilir

19 Avqust 04:30 Voleybol 392
Avropa Voleybol Konfederasiyasının prezidentinin Bakıya səfəri gözlənilir

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçin Bakıya səfər edəcəyi gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Funksioner Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxta gələcək.

CEV rəhbəri turnirin digər ev sabihi ölkələrinə də səfər etmək niyyətindədir.

2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti