Bakıda Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edildi

05:00 Voleybol 77
Bakıda Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edildi

Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026) təşkili ilə bağlı Bakıda növbəti iclas keçirilib.

Sportinfo.az xəbər verir ki,bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

AVF-nin vitse-prezidenti Bəhruz Quliyevin rəhbərliyi ilə baş tutan iclas C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasında təşkil olunub.

Toplantıda akkreditasiya prosesi, komandaların və qonaqların qarşlanması, oyunların yayımı, təhlükəsizliklə bağlı görülən işlər müzakirə olunub, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan təşkilati məsələlərlə bağlı tapşırıqlar verilib.

Avqustun 21-28-də Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar.

CEV EuroVolley 2026-nın digər qruplarının oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!