"Bir neçə nəfər qalıb ki, onlar da…" - Yığmamızın yeni baş məşqçisi

23 İyun 2023 02:50 Voleybol 954
"Bir neçə nəfər qalıb ki, onlar da…" - Yığmamızın yeni baş məşqçisi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda yoldaşlıq görüşü keçirəcək.

Sportinfo.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Ataman Güneyligil Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətində açıqlamasında deyib:

"Hazırlıqlara ilk olaraq fitneslə başladıq, sonra fiziki məşqlərə keçdik. İndi toplarla məşqlərə start vermişik.

Növbəti həftədən daha ciddi rejimdə, gün ərzində 6-7 saat məşq etməyi nəzərdə tuturuq. Bu müddətdə həm fiziki, həm də toplarla məşq edəcəyik, həmçinin müxtəlif taktikalar üzrə də işləyəcəyik.

Komandanın əksər oyunçuları hazırda Bakıdadır. Bir neçə voleybolçu qalıb ki, onlar da yaxın günlərdə komandaya qoşulacaqlar.

Bildiyiniz kimi təlim-məşq toplanışının birinci mərhələsini Bakıda keçirik.

Növbəti etapda Bolqarıstana yollanıb məşqlərimizə orada davam etməyi planlaşdırırıq. Bir neçə yoldaşlıq oyunları da nəzərdə tutulur".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada