Azərbaycan klubu 3 ölkədən transfer etdi – Birillik müqavilə

13 Oktyabr 2024 15:40 Voleybol 3 704
Azərbaycan klubu 3 ölkədən transfer etdi – Birillik müqavilə

Yeni mövsümdə kişi voleybolçular arasında Yüksək Liqada çıxış edəcək “Xilasedici” heyətini üç oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, komanda serbiyalı Aleksandar Tumbas, rusiyalı Stanislav Rudnin və kubalı Qustavo Almoranın keçidini rəsmiləşdirib.

Həmin voleybolçularla 1 illik müqavilə imzalanıb.

Bakı klubu daha əvvəl İvan Volodin, Aleksandr Popleteyev (hər ikisi Rusiya), Luis Rodriges (Kuba), Dmitri Baranov (Bolqarıstan) və Asif Əliyevi transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 18:10 Çək və bizə göndər!
23 Dekabr 08:20 “Qarabağ”dan 12:1