Bolqarıstanlı İsveçrəni Azərbaycan klubuna dəyişdi

8 Sentyabr 2024 02:00 Voleybol 606
Bolqarıstanlı İsveçrəni Azərbaycan klubuna dəyişdi

“Gəncə” voleybol klubu heyətini bolqarıstanlı Nikol Duleva ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı oyunçu 2023/2024 mövsümünü İsveçrənin VFM klubunda keçirib.

O, daha əvvəl Fransanın “Stella Calais”, “Romans”, “Vandoeuvre Nancy”, Bolqarıstanın “Kazanlak” və “Rakovski” komandalarının da formasını geyinib.

Gəncə təmsilçisi buna qədər yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova ilə anlaşıb.

Klub əcnəbi voleybolçular rusiyalı Anastasiya Atepalina, Mariya Tuşova, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM