Azərbaycanda iki komanda dağıldı, çempionatın qrafikində dəyişiklik edildi

13 Mart 2024 04:00 Voleybol 1 806
Azərbaycanda iki komanda dağıldı, çempionatın qrafikində dəyişiklik edildi

Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, kişi voleybolçular arasında Yüksək Liqada oyunlar əvvəl nəzərdə tutulduğu kimi 4 deyil, 6 dövrə davam edəcək.

Daha sonra pley-off mərhələsi baş tutacaq.

Bu dəyişikliyə səbəb “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmalarıdır.

Digər klublar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların 6 dövrədə keçirilməsini qərara alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti