Azərbaycanlı oyunçu ilk kubokunu qazandı - Macarıstan klubunda

3 Oktyabr 2023 02:20 Voleybol 865
Azərbaycanlı oyunçu ilk kubokunu qazandı - Macarıstan klubunda

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova cari mövsüm ilk kuboku qazanıb.

Sportinfo.az xəbər verir ki, blokçunun şərəfini qoruduğu Macarıstanın "Vaşaş" klubu beynəlxalq yarışın qalibi olub.

Komanda Polşada keçirilən "Amica Cup 2023" hazırlıq turnirində yerli "Vrotslav" klubunu 3:1, Almaniyanın "Drezdner" kollektivini 3:2 və Çexiya təmsilçisi "Dukla Liberets"i 3:2 hesabı ilə məğlub edərək titula sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada