Argentinalı məşqçi Azərbaycan klubu ilə müqavilə imzaladı

3 Oktyabr 2023 01:20 Voleybol 516
Argentinalı məşqçi Azərbaycan klubu ilə müqavilə imzaladı

Voleybol üzrə “Gəncə” klubunun məşqçilər korpusunda yeni təyinat olub.

Sportinfo.az xəbər verir ki, komanda argentinalı məşqçi İqnasio Aqustin İbarra ilə anlaşıb.

Mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, komandanın baş məşqçisi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Circulo La-Plata” klubunda çalışıb.

Komanda daha əvvəl belaruslu məşqçi Vladimir Moysieviçi də heyətinə qatıb.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir.

Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.

Xəbər Lenti