Rusiyalı gözəlçələr Gəncə klubunda – Üç yeni legioner aldılar

15 Sentyabr 2023 08:50 Voleybol 1 087
Rusiyalı gözəlçələr Gəncə klubunda – Üç yeni legioner aldılar

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu daha üç legioneri transfer edib.

Sportinfo.az xəbər verir ki, Yüksək Liqada debüt edəcək komanda rusiyalı voleybolçular - Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova ilə müqavilə imzalayıb.

Hər üç idmançı mövsümün sonuna qədər adıçəkilən komandanın formasını geyinəcək.

Hər üç voleybolçu ilə anlaşmanın müddəti birillikdir. Tyuşeva son olaraq Rusiyanın “Voronej”, Balberova “Derjava”, Qotselyuk isə “Murom” klublarında oynayıb.

"Gəncə" daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalılar Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında mübarizə aparacaq.

Xəbər Lenti