Azərbaycan klubu amerikalı legionerlə 1 illik anlaşdı

15 Sentyabr 2023 02:30 Voleybol 392
Azərbaycan klubu amerikalı legionerlə 1 illik anlaşdı

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

Sporinfo.az xəbər verir ki, komanda ABŞ-dan blokçu Tauri Mejini rənglərinə bağlayıb.

"Azərreyl" 186 sm boya malik blokçu ilə 1 mövsümlük müqavilə imzalayıb. O, ABŞ-ın “Texas Universiteti”ndən transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.

Bununla da "Azərreyl"in müqaviləsini rəsmiləşdirdiyi voleybolçularının sayı 7-yə çatıb.

Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb.

Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın sükanı arxasına gətirilib.

"Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final çərçivəsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.

Xəbər Lenti