Serbiyalı gözəl 1 il Azərbaycan klubunda

12 Sentyabr 2023 02:40 Voleybol 1 661
Serbiyalı gözəl 1 il Azərbaycan klubunda

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu Azərbaycan Yüksək Liqasına hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, ölkə çempionatında debüt edəcək komanda heyətini yeni oyunçu ilə gücləndirib.

Gəncə təmsilçisi serbiyalı voleybolçu Tiana Yovanoviç ilə anlaşıb. Voleybolçu ilə müqavilə bir il müddətinə nəzərdə tutulub.

Ötən mövsümü ölkəsində “GZOK Serm” komandasında keçirən voleybolçu daha əvvəl “Jelezniçar", “Valyeva”, Belqard”, “İnciya” və “ZOK Novı-Sad” klublarının da şərəfini qoruyub.

“Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, rusiyalı Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb.

Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada