COP29

Millimiz son oyunda İsveçə uduzdu, qrupdan çıxmaq şansı möcüzəyə qaldı

24 Avqust 2023 02:30 Voleybol 538
Millimiz son oyunda İsveçə uduzdu, qrupdan çıxmaq şansı möcüzəyə qaldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşıblar.

Yığmamız rəqibdən yalnız bir set ala bilib. Ümumi nəticədə isə isveçlilər 3:1 (25:17, 17:25, 25:21, 25:18) hesablı qələbə qazanıblar.

Digər matçda Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup birinciliyini təmin edib. Azərbaycan seçməsi isə 5-ci pilləyə düşüb.

Millimiz yalnız bir halda qrupda dördüncü yeri tutaraq, növbəti mərhələyə adlaya bilər. Bunun üçün Çexiya son tur oyununda "quru" hesabla uduzmalıdır.

Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.

Komandalar

O

Q

M

T-F

X

1

Türkiyə

4

4

0

12-1

12

2

Almaniya

4

2

2

9-7

7

3

İsveç

4

2

2

7-8

5

4

Çexiya

4

2

2

7-8

5

5

Azərbaycan

5

2

3

8-11

5

6

Yunanıstan

5

1

4

5-13

4

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!