Azərbaycan millisi 2 məğlubiyyətdən sonra Yunanıstana qalib gəldi

23 Avqust 2023 02:00 Voleybol 1 117
Azərbaycan millisi 2 məğlubiyyətdən sonra Yunanıstana qalib gəldi

Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bir günlük fasilədən sonra növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib Yunanıstan yığması olub.

Görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bundan əvvəl Ataman Güneyliyilin komandası Çexiyaya qalib gəlib (3:0), Almaniyaya (1:3) və Türkiyəyə (0:3) uduzub.

Azərbaycan millisi qrupda hazırda 6 xalla 3-cüdür. Yığma son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.

C qrupu

19:00 Azərbaycan - Yunanıstan - 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12)

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada