COP29

Yığmamızın oyunçusu iki məğlubiyyətdən sonra deyir ki…

22 Avqust 2023 02:20 Voleybol 686
Yığmamızın oyunçusu iki məğlubiyyətdən sonra deyir ki…

“Ardıcıl iki məğlubiyyətə baxmayaraq, hələ heç nə bitməyib”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Bəyaz Quluyeva Almaniyada keçirilən Avropa çempionatındakı çıxışları barədə danışarkən deyib.

Voleybolçu qrup mərhələsinin ilk turunda Çexiya üzərində qələbədən sonra Almaniya və Türkiyəyə məğlubiyyəti rəqiblərin güclü olması ilə əlaqələndirib:

“Avropa çempionatının qrup mərhələsinə qələbə ilə başlasaq da, təəssüf ki, sonrakı iki oyunda uğursuz çıxış etdik.

Yerli komandaya qarşı oynamaq hər zaman çətin olur, gərgin anlar yaşanır. Almaniya ilə görüşdə bir daha bunun şahidi olduq.

Dünən isə qrupun favoriti Türkiyə yığması ilə qarşılaşdıq. Onlar nəinki qrupun, ümumilikdə qitə birinciliyinin favoritlərindəndirlər”.

Bəyaz Quluyeva C qrupunda Yunanıstan və İsveçlə qarşılaşmalara qələbə əzmi ilə hazırlaşdıqlarını vurğulayıb:

“Qarşıda bizi daha iki görüş gözləyir. Həmin matçlara necə lazımdırsa, hazırlaşacağıq.

Yunanıstanla oyuna məşqçinin tapşırıqlarına əməl edərək, qələbə qazanmaq üçün çıxacağıq. Qrupdakı matçlarda qalib gələrək, adımızı növbəti mərhələyə yazdırmaq istəyirik”.

Azərbaycan millisi avqustun 22-də Yunanıstan, 23-də isə İsveçlə üz-üzə gələcək.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!